Norveç, İrlandiya və İspaniya Fələstinin müstəqilliyini tanıyır

Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib. Bu barədə Norveç Baş naziri Yonas Qar Störe bildirib.

“On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: iki dövlət, sülh və əmin-amanlıq içində yan-yana yaşamaq”, - Baş nazir deyib.

Baş nazir həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir.

O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb: 

“Həmin gün bizimlə həmfikir bir sıra Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq”.

Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ