Kadırov oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat bədən tərbiyəsi və idman naziri təyin edilib. Bu barədə Ramzan Kadırov özü məlumat verib.

Axmat Kadırov son üç ayda Çeçenistanın gənclərlə iş üzrə naziri postunu tutub. Kadırov bildirib ki, indi nazirliyə Ramzan Vismuradov rəhbərlik edəcək. “Azadlıq radiosu” yazıb ki, o, Çeçenistanın “Terek” xüsusi çevik reaksiya bölüyünün komandirinin oğlu və eyni zamanda, Kadırovun kürəkənidir.

Bədən tərbiyəsi və idman naziri vəzifəsini tutan İsa İbrahimov isə Çeçenistanın başçısı və hökuməti administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib.

Axmat Kadırovun noyabrda 19 yaşı tamam olacaq. O, 2023-cü ilin noyabrında bədən tərbiyəsi və idman nazirinin birinci müavini olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ