Bəşər Əsədin həyat yoldaşına leykemiya diaqnozu qoyulub

Suriyanın birinci xanımı Əsma Əsədə kəskin miyeloid leykemiya diaqnozu qoyulub. Bu barədə SANA agentliyi prezident Bəşər Əsədin ofisindən verilən açıqlamaya istinadən məlumat yayıb.

Əsma Əsəd hazırda müalicə alır.

Xatırladaq ki, bir neçə il əvvəl Əsma Əsəd sinəsində bədxassəli şiş aşkarlandıqdan sonra Dəməşqdə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt o, xəstəliyə qalib gələ bilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ