İranda helikopter qəzasında həlak olanların cəsədləri çıxarılır - video

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib.

Məlumata görə, axtarış əməliyyatı başa çatıb.

Bu barədə Qızıl Aypara Cəmiyyəti xəbər yayıb.

Qeyd edək ki, aviaqəzanın baş verdiyi yeri Türkiyəyə məxsus pilotsuz uçuş aparatı müəyyən edib.

İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər helikopteri bazar ertəsi səhər tezdən (helikopterin yoxa çıxmasından 12 saat sonra) təxminən 2 kilometr məsafədən görüblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ