İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib.
Helikopter qəzasında həlak olanların adları açıqlanıb:
İran prezidenti İbrahim Rəisi
Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
Təbrizin imam cüməsi Ayətullah Əli Haşim
Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti
Sərdar Seyid Mehdi Musəvi
Ənsar əl-Mehdi Korpusu (şəxsiyyəti məlum deyil)
Pilot (naməlum şəxsiyyət)
Kruçev (naməlum şəxsiyyət)