Bakıda sərnişin avtobusları toqquşub. Xəsarət alanlar var - foto

Paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində iki sərnişin avtobusu toqquşub.

Bu barədə APA məlumat yayıb.

Məlumata görə, “Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ