Azərbaycanda xəstəxanalar nağd pul qəbul etməyəcək - VİDEO

Xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlərin yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Digər təklifə görə ölkəmizdə avtomobil satışı üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. İqtisadçı ekspert Əli Əhmədovun sözlərinə görə, təklif hələlik avtosalonlarda həyata keçirilən satışlara şamil ediləcək. 

Ekspertin sözlərinə görə bəzi tibb ocaqlarında vergidən yayınma halları müşahidə edilirdi. Təklif qəbul edilsə, xəstəxanalarda tibbi xidmətlərin qiymətində dəyişikliklər ola bilər.

İqtisadçı ekspert Elşad Məmmədovun fikrincə iqtisadi təkan baxımından qeyri-nağd hesablaşmalarının həcminin artmasına ciddi ehtiyac var. 

Qeyd edək ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ