Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Milli Məclisin Şimali Kiprlə parlamentlərarası işçi qrupu Kiprdə səfərdədir.

Onlar respublikanın Prezidenti Ersin Tatar və digər rəsmi şəxslərlə görüşlər keçiriblər.

Səfər çərçivəsində azərbaycanlı deputatların şərəfinə prezident Ersin Tatar tərəfindən təşkil olunan ziyafətdə maraqlı hadisə baş verib.

Belə ki, deputat Vüqar İskəndərov musiqinin müşayiəti ilə Azərbaycanın xalq mahnısı olan “Qaragilə”ni ifa edib.

Musavat.com-a istinadən həmin anın videosunu təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ