“Dövlət rüsumu haqqında” qanunda bir çox maddələr üzrə rüsum dərəcələrinə dəyişikliklər edilməsi təklif edilir.
Rüsum dərəcələri artırılan sahələrin bir neçəsinin adlarını və dərəcələrini ümumi siyahıda təqdim edir:
Maşınların qeydiyyata alınmasına görə
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.
- Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata;
- Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata;
- Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata;
- Xarici pasportları 10 iş günündə almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, bir iş günü ərzində almağa görə rüsum 160 manatdan 210 manata;
- Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata;
- İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır.
- Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.
- Baytarlıq pasportunun verilməsinə (bir sənədə) görə 20 manat dövlət rüsumu tutulacaq.
- Tikintinin layihəsinin qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.
- Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları müəyyən edilir.
- Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata;
- xidməti silahın əldə edilməsinə icazənin verilməsinin ilkin qeydiyyatına görə rüsum 10 manatdan 20 manata;
- təkrar qeydiyyata görə isə 5 manatdan 10 manata;
- Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata;
- Mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.
- Tikinti obyektinin istismarına icazənin verilməsi üçün 60 manat rüsum tutulacaq.
- Bank, birja və xarici hüquqi şəxslərin filialının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.
- İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2500 manat dövlət rüsumu tutulacaq.
- Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə üçün 50 manat rüsum tutulacaq.
- xaricdən telefon gətirən fiziki şəxslər üçün bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat
bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat
bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat
bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat
bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;
bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat
- zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) 2 manatdan 3 manata,
- qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) - 20 qəpikdən 50 qəpiyə,
- qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) – 6 manatdan 10 manata, ad damğasının ilk dəfə qeydiyyata alınması üçün rüsum 4 manatdan 10 manata;
- Daşınmaz əmlaka görə çıxarışın alınmasına görə 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manatdan 75 manata qaldırılır.
- Mövsümi ticarət yerlərinə görə Bakı şəhəri üzrə rüsumlar 60 manatdan 90 manata;
- Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 20 manatdan 30 manata;
- Digər regionlar üzrə isə 10 manatdan 15 manata;
- malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumu 20 manatdan 30 manata;
- dənizçilik sahəsindədövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi 50 manatdan 65 manata;
- Əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı 20 manatdan 30 manata;
- Seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün 10 manatdan 20 manata;
Patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün – 20 manatdan 30 manata qaldırılır.
Bildirək ki, layihənin qəbul edilməsi zərurəti və maliyyə-iqtisadi əsaslandırılmasında qeyd edilir ki, dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə infyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunur. Mövcud qanunvericilikdə bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə müəyyən edilmiş dövlət rüsumunun dərəcələrinin onların tətbiq olunduğu dövrdən etibarən inflyasiyanın səviyyəsi nəzərə alınmaqla yenidən artırılmasına zərurəti yaranıb.
Eyni zamanda, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.