Azərbaycanın Əməkdar artisti dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada dünyasını dəyişib.

Manset.az xəbər verir ki, bu barədə onun qızı Əminə Sadıqova məlumat verib.

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, F.Sadıqov bir müddət əvvəl paytaxtdakı özəl klinikaya yerləşdirilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ