Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ