Rusiya sərhədçiləri Zəngəzurdakı postlarını bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır.

“Sputnik Armenia” xəbər verir ki, Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxır.

Qeyd edək ki, bu barədə razılaşma mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməlidirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ