NBA əfsanəsi Kobi Brayant aviaqəzada ölüb - VİDEO

NBA-nın əfsanəvi basketbolçusu Kobi Brayant şəxsi helikopterinin Kaliforniyada qəzas düşməsi nəticəsində ölüb.

Buta.media-nın məlumatına görə, bu barədə TM nəşri məlumat yayıb.

K.Brayant 42 yaşında həlak olub. KİV-ın məlumatına əsasən, göyərtədə daha üç nəfər olub və onların hamısı aviaqəzanın qurbanı olub. Brayantın həyat yoldaşı Vanessa ölənlər arasında olmadığı bildirilir.

Nəşr yazır ki, helikopter qəzaya düşməzdən əvvəl alovlanıb. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, Kobi Brayant 20 il ərzində "Los-Anceles Leykers" komandasında oynayıb. Beş dəfə çempion olub və bütün ulduzların iştirakı ilə 18 Matçda iştirak edib. 2016-cı ildə karyerasını başa vurub.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ