Jirinovski yeni virus haqda: Bu ABŞ-ın təxribatıdır

Çində təhlükəli 2019-nCoV koronavirusun yayılması ABŞ-ın təxribatıdır.

Buta.media-nın məlumatına görə, bunu Rusiya RLDP partiyasının lideri Vladimir Jirinovski bəyan edib.

“Virus artıq bütün kontinentlərdə yayılıb. Bu qripin yeni növüdür, və ya kiminsə təxribatıdır? ABŞ. İqtisadiyyat. Amerikalılar qorxurlar ki, onlar Çini keçə və bərabər ola bilməyəcəklər”, - siyasətçi bəyan edib. 

Jirinovskinin sözlərinə əsasən, epidemiya bir ay müddətində bitəcək. 

“Dərmanlar satıldı, kimisə milyarder oldu. Onlar əsasən İsveçrədə yaşayırlar”.

Qeyd edək ki, hazırda Çində 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb, 39 nəfər isə sağalıb və xəstəxanalardan buraxılıb.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ