Bu ayın sonu Şuşa şəhərindəki “ASAN Xidmət” mərkəzi hazır olacaq.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət” ) sədri Ülvi Mehdiyev deyib.
Qeyd edək ki, gələcək illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulur.