İrəvan Dövlət Universitetinin tələbələri vətəndaş itaətsizliyi aksiyasına başlayıblar.
Bu barədə Ermənistan mətbuatı xəbər verib.
Xəbərdə qeyd olunub ki, bir qrup gənc “Ayağa qalx, tələbə!” şüarı ilə universitetin müxtəlif fakültələrini gəzərək tələbələri ümumxalq tətillərinə qoşulmağa çağırır.
Eyni zamanda, bu dəqiqlərdə “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın tərəfdarları İrəvandakı Respublika meydanına toplaşmağa başlayıblar.
Ermənistan mətbuatı yazır ki, artıq səhər saatlarından bir qrup etirazçı Azadlıq prospektində hərəkəti iflic edib.