Ermənistanın paytaxtı İrəvanda minlərlə insan Respublika meydanına toplaşıb.
Baqrat Srbazanın rəhbərlik etdiyi mitinqdə Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
"Nikol Paşinyan, istefanı təqdim etmək üçün sənin bir saatın var", - Baqrat Srbazan deyib.
Qeyd edək ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb və bu gün Respublika meydanında başa çatacaq.