Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək - siyahı

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Eldarov Ömər Həsən oğlu

Əliyeva Böyük Xanım Həsənbala qızı

Həşimzadə Xanlar Allahverdi oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Məlikov Aqil Qədəşbala oğlu

Məmmədəliyeva Sevda Yusuf qızı

Mustafayeva Laləzar Bəşir qızı.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ