“Facebook”dakı problem aradan qaldırıldı - YENİLƏNİB

“Facebook” sosial şəbəkəsində yaranan problem aradan qaldırılıb.

Buta.media xəbər verir ki, yerli vaxtla saat 21:00-dan etibarən istifadəçilər sosial şəbəkəyə giriş edə biliblər.

20:13

Yanvarın saat 20:00 radələrində “Facebook” sosial şəbəkəsində problem yaranıb. 

Buta.media xəbər verir ki, sosial şəbəkənin bəzi funksiyalarından istifadə edərkən ekrana “error” yazısı çıxır və istifadə mümkünsüzləşir. 

Hələlik problemin nədən qaynaqlandığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada yaşanır.

Ən çox sosial şəbəkənin fəaliyyəti ilə bağlı ABŞ, Avstraliya və Latın Amerikası ölkələrinin sakinləri şikayət edirlər.

Facebook istifadəçilərinin 43 faizi lentlərinə baxa bilmir, 25 faizi hesablarına daxil ola bilmir, daha 31 faiz istifadəçi isə ümumiyyətlə sosial şəbəkənin söndürüldüyünü bildirir.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ