Novruz Məmmədov vəzifəsindən azad edildi

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.

Bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi.

Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ