İlham Əliyev zəlzələ zonasında olan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verib.

Bu barədə Buta.media-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. 

Dövlət başçısının tapşırığına əsasən, zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, Türkiyənin Elazığ vilayətində baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində 22 nəfər ölüb, 1031 nəfər xəsarət alıb.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ