Yerə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə potensial təhlükəli kimi təsnifatlandırılan 163373 asteroidi yaxınlaşır.

Buta.media-nın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.

Kosmik cismin diametri 440-dan 990 metrə qədər dəyişir. 

Fevralın 15-də asteroid Yer kürəsinə minimal məsafədə yaxınlaşacaq - planetdən Aya qədər olan məsafədən 15 dəfə çox.

Qeyd edək ki, 163373 asteroidi 1995-ci ildə kəşf edilib. O, “Apollonlar” qrupuna aiddir: səma cisminin uçuş trayektoriyası Yerin orbiti ilə kəsişir. Bu səbəbdən asteroid potensial təhlükəli sayılır. Növbəti dəfə 163373 asteroidi Yer kürəsininin yaxınlığından 2075-ci ildə keçəcək.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ