Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə getməyəcək.
Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
Paşinyanın Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualı cavablandıran Simonyan “Xeyr” cavabı verib.