Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər - video

Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək hadisəni işıqlandıran APA TV-nin çəkiliş heyətinə təzyiq göstəriblər.

Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə biliblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ