Putindən fələstinli hərbçiyə jest - VİDEO

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Fələstin lideri Mahmud Abbas arasında keçirilən görüşdən əvvəl maraqlı hadisə baş verib.

Buta.media xəbər verir ki, Vladimir Putinlə Mahmud Abbasın dəhlizdən danışıqlar zalına getdiyi zaman zabitlərdən birinin baş geyimi yerə düşüb. 

Rusiya Prezidenti yerdən baş geyimini qaldıraraq Fələstin qvardiyasının zabitinin başına qoyub.

Bundan sonra Vladimir Putin baş barmağı ilə “əla” işarəsini göstərərək yoluna davam edib.

Qeyd edək ki, görüntüləri Fələstin liderinin şəxsi fotoqrafı Məhəmməd Atik yayımlayıb. O, videoya “Prezident Putinin Fələstin qvardiyasına hörməti” şərhini əlavə edib.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ