Jerar Depardye seksual xarakterli zorakılıq ittihamı ilə həbs edilib

Aktyor Jerar Depardye Fransa polisi tərəfindən cinsi zorakılıqla bağlı sorğu-sual olunmaq üçün saxlanılıb. Bu barədə AFP məlumat yayıb.

Fransalı aktyor Parisdə polis bölməsində nəzarətə götürülüb.

“Le Figaro” yazır ki, aprelin 29-da səhər iki qadın onu zorakılıqda ittiham etdikdən sonra aktyor prokurorluğa çağırılıb. Qadınların sözlərinə görə, insidentlər iki filmin çəkiliş meydançasında baş verib: 2014-cü ildə “Sehrbaz və Siam” və 2021-ci ildə “Yaşıl Panjurlar” filmlərinin çəkilişləri zamanı.

Depardye ittihamları rədd edir.

Aktyordan ilk şikayət çəkiliş meydançasında köməkçi işləyən qadından gəlib. Hadisə baş verən zaman onun 24 yaşı var idi. Qadın iddia edir ki, 2014-cü ildə çəkilişlər zamanı Depardye “əllərini bütün bədəninə gəzdirib” və sonra ona “nalayiq sözlər” deyib.

Depardyeyə qarşı daha bir şikayət bu ilin fevralında aktyoru təcavüz, cinsi qısnama və seksist ifadələrdə ittiham edərək polisə göndərilib. Şikayətçi iddia edir ki, aktyor 2021-ci ildə dəhlizdə onun ayaqlarından tutub, belinə, sinəsinə və ombasına toxunub, həmçinin onunla cinsi əlaqəyə girəcəyini deyib. BFM TV yazır ki, Depardyeni dayandırmaq üçün “üçüncü tərəflərin müdaxilə edib”.

Çəkiliş qrupu baş verənləri biləndən sonra aktyor üzr istəməyə məcbur olub, lakin qadının dediyinə görə, çəkilişin sonuna qədər aktyor onu “fahişə” adlandırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ