Navalnının dəfn mərasimini keçirən keşişə cəzalandırıldı

Rusiyada Müqəddəs Məryəm Şəfaət Kilsəsinin keşişi Dmitri Safronova üç il müddətində xidmət etmək qadağan edilib.

Bu barədə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill qərar imzalayıb. 

Sənəddə qeyd olunub ki, keşiş Safronov xeyir-dua vermək, xüsusi dini geyim geymək və xaç daşımaq hüququndan məhrum edilib. 

Onun xidmətdən uzaqlaşdırılmasının səbəbləri açıqlanmayıb.

Bundan əvvəl isə, Rusiya mediasında yayılan məlumata görə, Safronov rusiyalı siyasətçi Aleksey Navalnının ölümündən 40 gün sonra Borisov məzarlığında anım mərasimi həyata keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ