"Mənim beynimi çöndərmə": "Papito Zahid" arvadını döydü - VİDEO

"Papito" mahnısı sədaları altında rəqsi ilə sosial şəbəkəldə məşhurlaşan buzovnalı rəqqas yenidən gündəmdədir. Bu dəfə rəqsi ilə yox, ailə qalmaqalı ilə.

Buta.media xəbər verir ki, "Papito Zahid" ləqəbi ilə məşhurlaşandan sonra həyat yoldaşından imtina edib. Onun imtina etdiyi uşaqlarının anası çarəsizlikdən Afət Rahilqızının ARB-də yayımlanan "Çıxış yolu" proqramına üz tutub.  

Efirlərə çıxıb tanındıqdan sonra məclislərə dəvət alan Zahid alışmadığı həyat tərzindən özünü itirir və dəyişir. Məşhurluq həyatı yaşamağa başlayan rəqqas artıq ailəsini bəyənmir. Həyat yoldaşına qarşı kobudluq və qəddarlıq etməyə başlayıb.

"Papito Zahid" həyat yoldaşını dəfələrlə döyüb və hətta küt alətlə zərbələr endirib. Qadın qorxusundan körpəsini də götürüb ata evinə qaçıb.

Həyat yoldaşı evi tərk etdikdən sonra Zahid onun cehizlərini, uşağın oyuncaqlarını satıb. O, pulsuzdan bu addımı atdığını etiraf edib.  
Bir uşağı ilə evsiz qalan qadın ərindən ev istəyir.

Zahid çəkiliş qrupunun qarşısında olduqca aqressiv davranıb. O, boşanma ərəfəsində olan həyat yoldaşının ev tələbinə belə cavab verib: "Bə ev əə?! Mənim beynimi çöndərmə, vurub dağıdaram buraları"- deyərək qışqırıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ