Bakıda BMW yandı: Sürücüsü öldü - VİDEO

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Buta.media xəbər verir ki, yol qəzası Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb.

Qeyd olunur ki, hadisə nəticəsində avtomobilin sürücüsü ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ