Sərnişinlər saatlarla aeroportda gözlədi - Bakı-Naxçıvan reysində problem

Bakı-Naxçıvan reysi üzrə gecikmələr müşahidə olunub.

Buta.media xəbər verir ki, hava limanında olan sərnişinlər “Qafqazinfo”ya bildiriblər ki, bir neçə saatdır Naxçıvana gedə bilmirlər.

Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib:

“Axşam saat 8-ə işləmiş uçuşu planlaşdırılan Bakı-Naxçıvan reysi Naxçıvandakı faktiki hava şəraitinə görə saat 23:00-a təxirə salınıb. Hazırda reysdə 2 saatdan çox gecikmə var: "Hava şəraitindən asılı olaraq reysin vaxtı yenidən dəyişə bilər. Ancaq hazırkı planlaşdırmaya görə saat 23:00-a nəzərdə tutulub".

Qeyd edək ki, hazırda Naxçıvanda ildırım çaxır, yağışlı hava müşahidə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ