Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Buta.media oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis polkovniki Elfan Əliyev DİN-in Maliyyə-plan İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl idarədə şöbə rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib və onun yerinə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.