Əməkdar artist Cavanşir Məmmədovun ölüm səbəbi açıqlanıb. Bu barədə Axşam.az saytı məlumat yayıb.
Nəşr bildirir ki, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.
Eyni zamanda TƏBİB-dən bildirilib ki, Əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Daat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.
C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.