Rusiyada qarışıq döyüş növləri (MMA) turnirində kütləvi dava olub.
Bu barədə TASS məlumat verib.
Bildirilib ki, hadisə paytaxt Moskvada baş verib. Belə ki, dava iranlı Əli Heibati ilə ermənistanlı Arkadi Osipyan arasında baş tutan yarışdan dərhal sonra olub.
Azarkeşlər Osipyan da daxil olmaqla, zalın qadın işçilərini döyüblər.