“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.
Qərara əsasən İ. Əliyev haqda 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.