Rusiya Daxili İşlər Nazirliyi ötən gün Moskvada bir nəfəri bıçaqlayaraq öldürən azərbaycanlı Şahin Abbasovun dindirilməsinin videosunu yayıb.
Hazırda Abbasov digər iki şübhəli ilə birlikdə Rostov vilayətindən dindirilmək üçün Moskvaya aparılır. Rusiya Daxili İşlər Nazirliyi onun qaçmağa çalışdığı avtomobili də göstərib.
Xatırladaq ki, hadisə aprelin 18-də Rusiya paytaxtının cənub-şərqində baş verib.
İstintaqla müəyyən edilib ki, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov avtomobili Krasnodarskaya küçəsindəki yaşayış binasının yaxınlığındakı səkidə saxlayıb. 25 yaşlı yerli sakin Kirill Kovalyov buna görə ona irad bildirib və nəticədə tərəflər arasınd dava düşüb. Şahin Abbasov Kirill Kovalyova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Zərərçəkən daha sonra xəstəxanada dünyasını dəyişib.