Taksilər kütləvi surətdə cərimə meydançasına aparılır? - video

Taksi avtomobillərinin kütləvi qaydada yol polisi tərəfindən cərimə meydançasına aparılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Videoda üzərində reklam olan avtomobillərin müvafiq sənədinin olmadığı üçün Dövlət Yol Polisi tərəfindən cərimə meydançasına aparıldığı iddia olunur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarədən bildirildi ki, videonu paylaşan şəxsin avtomobili üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün mühafizə olunan duracağa yerləşdirilib.

Qeyd olunub ki, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati məsuliyyətə cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

XƏBƏR LENTİ