Təhsil eksperti yenə maraqlı məqama toxundu - Bu şəffaflıq üçün vacib amildir

"Dünən axşam, iyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Artıq müəllimlərin işə qəbulu prosesində olduğu kimi, yerləşməsi də mərkəzləşdirilmiş qaydada həyata keçirilir ki, bu da şəffaflıq üçün vacib amildir".

Buta.media xəbər veri ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, Təhsil Nazirliyinin tətbiq etdiyi elektron sistemin bir neçə maraqlı xüsusiyyəti var: "Deməli, hansısa vakansiyanı seçəndə o geri seçmiş ən yüksək balı görə bilirsən və sənin az balla oranı seçməyinin heç bir faydası olmayacaq, ona əminsən. Ona görə də, bu tipli elektron ərizə qəbulunda seçim edənlər son saatlara qədər gözləyir ki, baxım, hansı yerdə balımdan aşağı yerlər var onu seçim".

Təhsil ekspertinin sözlərinə görə, müəllimlərin yerdəyişməsi elektron sistemə keçməmişdən əvvəl bunu iki məktəb direktoru rayon təhsil şöbəsi ilə "razılaşdırıb" həyata keçirirdi və bir çox hallarda bu proses "nəyinsə" qarşılığında baş tuturdu. İndi isə, heç kimi görmədən, MİQ və ya DQ balın ilə sistemdən qeydiyyatdan keçib yaradılmış imkandan istifadə edirsən.

"Özüm də sistemi yoxlamaq üçün qeydiyyatdan keçdim, maşallah nəticəsi yüksək olan kifayət qədər müəllim var idi. Xüsusi ilə ibtidai sinif müəllimləri arasında 59 balla seçim edənlər. Sosial səbəblərdən yerdəyişmə edənlərə də üstünlük verilir. Yəni kimsə şəhid ailəsi, məcburi köçkün, hərbçi ailənin üzvüdürsə onların MİQ və ya DQ balın fərqli hesablanır. Arzu edirəm ki, müəllimlər təkcə iş yerlərini dəyişməsin, eyni zamanda təhsilin keyfiyyətini və təhsilə yanaşmanı müsbətə doğru dəyişsin" - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ