Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - video

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.

“Xəzərxəbər.az” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək.

Nazir qeyd edib ki, qeyd olunan sənədlər həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə ölkədə yeni yaradılacaq sığorta məlumat mərkəzinə diqqət çəkib. Bildirib ki, bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq sektor üçün yeni imkanlar formalaşdıracaq.

Ziya Əliyev əlavə edib ki, mərkəz fəaliyyətə başlayandan sonra sığorta bazarına onlayn şəkildə nəzarət etmək imkanları da yaranacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ