Rusiya Çerniqovu vurdu. 15 nəfər ölüb - video

Rusiya qoşunları aprelin 17-də səhər saatlarında Çerniqovu atəşə tutublar. Vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çausun sözlərinə görə, “şəhərin mərkəzinə üç raket zərbəsi endirilib”. “Suspilnaya” qəzetinə şərhində o, şəhərə üç “İsgəndər” raketinin atıldığına aydınlıq gətirib.

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Aleksey Kuleba bildirib ki, raket zərbələri nəticəsində səkkizmərtəbəli bina dağılıb, daha dörd çoxmərtəbəli bina, xəstəxana, ali təhsil müəssisəsi və onlarla avtomobilə ziyan dəyib. Çerniqov şəhər administrasiyasının rəhbəri Dmitri Brijinski “Suspilnaya” nəşrinə bildirib ki, şəhərdə 16 evə ziyan dəyib.

Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk bəyan ki, Çerniqovda Rusiyanın zərbəsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin yerləşdiyi hotel dağıdılıb. “Şəhər mərkəzinə yaxın, hərbçilərin yerləşdiyi hotelə zərbə endirilib. Çoxlu ölü və daha çox yaralı var”, - deyə o yazıb. Səlahiyyətlilər bu məlumatı təsdiqləməyib.

Çerniqov merinin səlahiyyətlərini icra edən Aleksandr Lomakonun sözlərinə görə, hücum nəticəsində 15 nəfər ölüb, 61 nəfər yaralanıb.

 

XƏBƏR LENTİ