Polşa məktəblərində məcburi ev tapşırıqları ləğv olundu

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.

Bununla bağlı Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

Tusk qeyd edib ki, Polşa məktəblərində 1-3-cü sinif şagirdləri incə motor bacarıqlarının inkişafı üçün tapşırıqlar istisna olmaqla, ev tapşırığından azad edilir, 4-8-ci siniflər üçün isə ev tapşırığı artıq məcburi deyil və qiymət verilmir.

Nazirin sözlərinə görə, məktəblilər üçün ev tapşırığı ilə bağlı yeni qaydalar şagirdlərin xüsusilə həftə sonu ev tapşırıqları kontekstində şikayəti ilə əlaqədar olaraq qəbul edilib.

Qeyd edək ki, bəzi valideynlər və müəllimlər uşaqları ev tapşırıqlarından azad olunmasından narahatlıq hissi keçirirlər.

XƏBƏR LENTİ