İran xüsusi təyinatlıları İsraillə əlaqəli gəmini ələ keçirib - video

İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən “MSC Aries” konteyner gəmisini ələ keçirib. Bunu İranın İRNA dövlət agentliyi də təsdiqləyib.

Gəmi Portuqaliya bayrağı altında Birləşmiş Ərəb Əmirliklərindən Hindistana üzürdü. Ələ keçirildikdən sonra tanker İranın ərazi sularına doğru hərəkət edib.

“Associated Press”in məlumatına görə, “MSC Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferin “Zodiac Maritime” şirkəti ilə bağlıdır.

İsrail Xarici İşlər Nazirliyi İranı piratçılıqda ittiham edib və dünya ictimaiyyətini İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməyə çağırıb.

Hücumdan sonra İsrail ordusunun sözçüsü deyib ki, İran “vəziyyəti daha da gərginləşdirməklə bağlı qərarlara görə məsuliyyət daşıyacaq”. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ