Kəlbəcərdə selin apardığı kişinin meyiti tapıldı

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel suları aparıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov vəfat ediblər.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışıblar.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ