ABŞ ələ keçirdiyi İran silahlarını Ukraynaya təhvil verib

ABŞ İrandan Yəmən husilərinə yük aparan gəmilərin yoxlanılması zamanı ələ keçirilən beş mindən çox AK-47 avtomatı, pulemyot, snayper tüfəngi və RPG-7 əl qumbaraatanlarını Ukraynaya təhvil verib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Silahların Ukraynaya aprelin 4-də təhvil verildiyi qeyd olunur. Ukrayna Silahlı Qüvvələrinə yarım milyondan çox 7,62 mm-lik patron da təhvil verilib.

Komandanlığın qeyd etdiyi kimi, bu atıcı silahlar Ukrayna Silahlı Qüvvələrinin bir briqadasını təchiz etmək üçün kifayətdir. 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər həyata keçirilən əməliyyat zamanı ümumilikdə Yəmən husiləri üçün silah daşıyan dörd yük gəmisi saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ