Bakı metrosuna yeni qatarlar gətirildi

Rusiyanın “Metrovaqonmaş” zavodundan alınan 10 vaqondan ibarət iki yeni qatar Bakıya gətirilib.

Buta.media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda təhvil-təslim işi aparılır:

“Müasir tipli iki qatar tərkibi artıq paytaxtdadır. Hazırda qatarların təhvil-təslim prosesi gedir. İyun ayının 11-də hər iki qatar tərkibi depoya daxil olacaq. Yekun olaraq sazlama və sınaq mərhələsindən sonra qatarlar xəttə buraxılacaq.

Gələn aydan etibarən isə daha dörd qatar tərkibi - 20 yeni vaqonun Bakıya gətirilməsi gözlənilir. İlin sonuna qədər həmin vaqonlar da xəttə buraxılacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ