Beyləqanda “İSUZU” markalı avtobus idarəetmədən çıxaraq su kanalına aşıb aşıb.
Qəza nəticəsində xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-sində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.
2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.