Sabaha olan hava proqnozu açıqlanıb

Aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 6-10 dərəcə  isti, gündüz 13-18 dərəcə  isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12 dərəcə  isti, gündüz 16-21 dərəcə  isti, dağlarda gecə 0-5 dərəcə  isti, gündüz 5-10 dərəcə  isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ