Ordumuzun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!”, - məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ