“Son zəng”lə bağlı əmr verildi

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində “Son zəng”  tədbiri təşkil olunacaq.

Buta.media xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ