Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev ictimaiyyətdən maddi yardım istəyib.
O, bu barədə sosial media hesabında paylaşım edib.
Belə ki, V. Vasilyev bank kartının nömrəsini yazaraq insanlardan kömək istəyib:
Xatırladaq ki, 53 yaşlı keçmiş hücumçu fevral ayında insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.