Aprelin 5-i səhər saatlarına kimi dünyanın müxtəlif ölkələrində İsrailin 28 diplomatik nümayəndəliyi bağlanıb.
Bu barədə NEWSru.co.il İsrail Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, bu, İranın Dəməşqdəki konsulluğa hücum nəticəsində SEPAH generallarının qisasını almaqla hədələməsi ilə bağlıdır.
Bildirilir ki, səfirliklərin bağlanması barədə qərarı Xarici İşlər Nazirliyinin təhlükəsizlik xidməti ölkənin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə məsləhətləşərək qəbul edib. Missiya işçilərindən hələlik işə getməmələri, ayıq-sayıq qalmaları və İsraillə əlaqəli ola biləcək yerləri ziyarət etməkdən müvəqqəti çəkinmələri istəilib.